Bu gün Azərbaycan Premyer Liqasında XII tur start götürür. Newsport.az-ın məlumatına görə,"Qarabağ" klubu "Bakı"nın təlim məşq bazasında eyniadlı klubla qarşılaşıb. 4:2 hesabı ilə "Qarabağ"ın qalib gəldiyi oyundan sonra klubun futbolçusu İlqar Qurbanov saytımıza danışıb.
O bunları deyib:"Oyunlar sıx qrafikdə keçirildiyinə görə çox çətin keçir. Bol qollu oyun oldu. Birinci hissədə öz oyunumuzu göstərə bilmədik amma ikinci hissədə öz oyunumuzu tapdıq. Belə oyunlarda bu qazanılan vacib 3 xallardı. Artıq bu oyunu yaddan çıxarıb gələn turda keçiriləcək AZAL-a oyuna köklənməyə çalışacağıq".
Emin Ağayev