"Çox düşünməyi tələb edən bir oyun idi"

Topaz Premyer Liqasının XII turunun açılış matçında “Qarabağ” səfərdə “Bakı” üzərində 4-2 hesablı qələbə qazandı.

Həmin oyundan sonra “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov düşüncələrini bölüşüb:

“Maraqlı və qollu bir qarşılaşmanın şahidi olduq. Çox düşünməyi tələb edən bir oyun idi. Birinci hissədə müdafiədə çox səhv etdik. Bunun üzərində işləməliyik. Daha diqqətli olmalıyıq. İkinci hissədə toparlanıb, daha yaxşı oynadıq, qələbə qazandıq. “Bakı” topla çox yaxşı oynayan komandadır. Onlara gələcək oyunlarda uğurlar arzulayıram”.
 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right