Newsport.az-ın məlumatına görə, mərhum Akif İsmayılovun direktorluğu dönəmində stadion demək olar ki, Azərbaycan futbolunun məbədi sayılırdı. Ot örtüyü indiki qədər ideal olmayan mərkəzi arenadan demək olar ki, əksər klublarımız rahatlıqla yararlanırdılar. Həmin vaxt stadiondan məşq və oyunluq icarə haqqı 5 min manat civarında idisə, hazrda bu rəqəm 3 dəfə yüksəldilib.