"Simurq" "Neftçi"yə qarşı oyuna ciddi itkilərlə çıxacaq

Bu gün Azərbaycan Premyer Liqasının 12-ci turunda öz meydanında “Neftçi”ni qəbul edəcək "Simurq" bu oyuna ciddi itkilərlə çıxacaq.

Nesport.Az-ın klubun saytına istinadən yaydığı xəbərə  görə, uzun müddətdir zədədən əziyyət çəkən Banas Adam fasilə müddətində komandayla birgə məşqlərə başlasa da, bu matçda oynamayacaq. Murad Səttarlıya da qarşılaşmada şans verilməyəcək. Həmçinin Vüqar Mustafayev zədə səbəbindən “Neftçi” ilə oyunda komandasına kömək edə bilməyəcək. “Xəzər Lənkəran”la görüşdə sarı vərəqə limitini dolduran Rəşad Eyyubovda cəzalı duruma düşdüyündən bu görüşü buraxmalı olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right