Avropa Liqasının III təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.
Newsport.az saytının məlumatına görə, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbirdə Azərbaycan təmsilçiləri "Qəbələ”, "İnter” və "Zirə”nin də mümkün rəqibələri bəlli olub.
"Qəbələ” "Yagelloniya”nı (Polşa) keçsə, 3-cü mərhələdə Yunanıstanın "Panatinaikos" klubu ilə qarşılaşacaq.
"İnter” ilk görüşdə 1:0 hesabı ilə qalib gəldiyi "Fola”nı (Lüksemburq) mübarizədən kənarlaşdırsa, növbəti mərhələdə “Ostersun” (İsveç) - “Qalatasaray” (Türkiyə) cütünün qalibi ilə üz-üzə gələcək.
"Zirə” - "Astra" (Rumıniya) cütünün qalibi isə 3-cü mərhələdə Ukraynanın “Aleksandriya” klubuna rəqib olacaq.