Bu gün 19 yaşadək qızlar arasında Avropa çempionatının növbəti mövsümünün püşkatma mərasimi keçirilib.
İsveçrənin Nyon şəhərində baş tutan püşkatmada millimizin rəqibləri müəyyənləşib.
Seçmə mərhələdə mübarizə aparacaq 44 yığma hərəsində 4 komanda olmaqla 11 qrupa bölünüb. Üçüncü qrupda qərarlaşan millimiz Belçika, Uels və Xorvatiyaya rəqib olub.
Qeyd edək ki, seçmə mərhələnin oyunları 2015-ci ilin 15-20 sentyabr tarixlərində keçiriləcək.