Sabah 17 yaşadək qızlardan ibarət komandalar arasında "Avro-2016"nın seçmə mərhələsinin püşkatması keçiriləcək.
Final mərhələsi 2016-cı ilin may ayında Belarusda təşkil olunacaq yarışda iştirak etmək üçün 47 komanda mübarizə aparacaq. Püşk zamanı yığmalar hərəsində 4 komanda olmaqla 11 qrupa bölünəcək.
Artıq yığma komandamızın potensial rəqibləri də bəllidir. C səbətində yer alan millimiz A, B və C səbətindən bir komanda ilə eyni qrupda qərarlaşacaq. Lakin ölkələr arasında hərbi-siyasi vəziyyətin gərgin olması səbəbindən Azərbaycan Ermənistanla, Ukrayna Rusiya ilə eyni qrupa düşə bilməz.
Qeyd edək ki, püşkatma mərasimi sabah, Bakı vaxtı ilə saat 11:40-da başlayacaq.
A səbəti: İspaniya, İsveç, Norveç, Danimarka, İsveçrə, Avstriya, Belçika, Polşa, İtaliya, İrlandiya, İslandiya
B səbəti: Çexiya, Rusiya, Hollandiya, İngiltərə, Finlandiya, Şotlandiya, Macarıstan, Serbiya, Türkiyə, Şimali İrlandiya, Yunanıstan
C səbəti: Rumıniya, Bosniya və Herseqovina, Sloveniya, Uels, Portuqaliya, Bolqarıstan, Ukrayna, AZƏRBAYCAN, Monteneqro, Slovakiya, Xorvatiya, Moldova, Latviya, İsrail, Farer adaları, Estoniya, Litva, Makedoniya, Qazaxıstan, Gürcüstan, Andorra, Ermənistan.