Haiti millisinin üzvü "Qarabağ"da - 3 illik müqavilə!

Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək "Qarabağ" heyətini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır.

Newsport.az saytının məlumatına görə, Ağdam təmsilçisi Türkiyənin "Alanyaspor" klubunda forma geyinən Vilde Donald Querrierlə anlaşıb.

Əldə etdiyimiz məlumata görə, Haiti millisinin üzvü bu gün "Qarabağ" üçün baxışdan keçəcək. Universallığı ilə seçilən 28 yaşlı oyunçu "Qarabağ"la 3 illik müqavilə imzalayacaq. 

Qeyd edək ki, Querrier "Alanyaspor"dan öncə Polşanın "Visla" klubunda oynayıb. O, Haiti millisinin heyətində 41 oyun keçirib.

Futbol11.az





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right