Yaralanan “Qarabağ” azarkeşi evə buraxıldı

Noyabrın 8-i əməliyyat olunan “Qarabağ” azarkeşi Samir Mirzəyev bu gün evə buraxılıb.

Bunu ANS PRESS-ə “Qarabağ” futbol klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov bildirib.

"Samirin vəziyyəti normaldır və bu gündən etibarən o, öz müalicəsini ev şəraitində davam etdirir”, - deyə Nurlan İbrahimov əlavə edib.

Xatırladaq ki, noyabrın 6-sı UEFA Avropa liqasinin qrup mərhələsi çərçivəsində "Qarabağ"-"Dnepr" oyununu keçirilən zaman 11-ci sektorda oyunu izləyən "Qarabağ" azarkeşi Samir Mirzəyevin üzərinə dəmir qapı aşıb. Onun kəllə-beyin travması aldığı, oma və diz sümüyünün sındığı bildirilmişdi. Noyabrın 8-i Samir Mirzəyev əməliyyat edilmiş, əməliyyatın uğurlu keçdiyi bildirilmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right