"Sumqayıt" - "Səbail" matçında 4 qol

2017/2018 mövsümü üçün hazırlığını davam etdirən "Sumqayıt" ilk yoxlama oyununu keçirib.
Newsport.az-ın məlumatına görə, "Gənclik şəhəri" təmsilçisi “Kapital Bank Arena”da Premyer Liqanın debütantı “Səbail”lə qarşılaşıb. Matç 2:2 hesabı ilə başa çatıb.

“Sumqayıt”ın heyətində komanda ilə bu gün müqavilə imzalayan Ramin Hasanov dubl edib. Debütantın qollarına isə Emin Mehdiyev və Şirməmməd Məmmədov imza atıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right