Millimizin futbolçusu Mahir Şükürov Norveçlə oyunda alınan məğlubiyyəti şərh edib.
Newsport.az-ın məlumatına görə, Şükürov oyundan sonra jurnalistlərə açıqlamasında bunları dedi:
"Məşqçilər bizə oyuna görə təşəkkür etdi. Bilirdik ki, standart vəziyyətlər yığmamızın ən zəif cəhətidi. Bu tsikldə altı qolu standart vəziyyətlərdən buraxmışıq. Bunun üzərində çalışmağımız lazımdı. Azarkeşlər sağ olsunlar ki, gəlib bizi dəstəklədilər".