Avropa Liqasının I təsnifat mərhələsində sabah "Zirə" "Differdanj"ı qəbul edəcək.
Newsport.az-ın məlumatına görə, oyundan öncə təşkil olunan mətbuat konfransında rəqibin baş məşqçisi Paskal Karzaniqa qarşılaşma haqda fikirlərini bölüşüb:
"Əvvəlcədən nəsə demək düzgün olmazdı. Sabahı gözləmək lazımdır. Ondan sonra rəqib haqda nəsə demək olar.
- Rəqibi tanıyırmı?
- Bundan əvvəl Azərbaycan gəlmişik. "Qarabağ"ın matçlarını izləmişik. Onların oyununa göeə Zirə"nin tərzini öyrənmişik.
- 3 futbolçunuz Bakıya gəlməklə bağlı problem yaşayıb. Bu qədər düzgündür?
- Bir futbolçumuz gəlməyib. Qalan hamısı buradadır. O da müəyyən səbəblərdən oyunda iştirak edə bilməyəcək. Əsas futbolçularımızdan biri olsa da, yoxluğu hiss olunmayacaq.