Rumıniyalı futbolçu rəsmən "Zirə"də

Avropa Liqasına hazırlaşan “Zirə” daha bir futbolçunu heyətinə cəlb edib.

Newsport.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, pataxt təmsilçisi rumıniyalı Qabriel Mateyi tansfer edib.

27 yaşlı müdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Qabriel Matey ölkəsində “İnternasional”, “Panduri”, “Syaua”, “Akademika” və “Tarqu Mureş” kimi klublarda forma geyinib. Son mövsüm isə müdafiəçi Polşanın “Qurnik” klubunda çıxış edib. Matey həmçinin, Rumıniyanın U-21 milli komandasının da şərəfini qoruyub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right