Heydər Əliyev adına İmişli şəhər stadionun suyu və işığı kəsilib.
Newsport.az-ın əldə etdiyi özəl məlumata görə, arenanın 4 min manata yaxın borcu yaranıb.
Hazırda stadion "Mil-Muğan" klubunun təlim-məşq bazasıdır. Burada 12, 14, 16 yaş qrupları üzrə kişi və qadınlardan ibarət komandalar məşq keçir. Onlardın bir neçəsi həm də millinin üzvləridir. Maddi-texniki bazası sıfıra bərabər olan klubun məşqçiləri 4 aydır ki, maaş da almır.