Mən "Mladost"la tanış deyiləm. Amma yaxşı komanda olduğunu eşitmişəm".
Newsport.az-ın məlumatına görə, bunu "Report"a açıqlamasında Bakı "İnter"inin futbolçusu Adrian Skarlatake deyib. 31 yaşlı müdafiəçi Serbiya təmsilçisi ilə Avropa Liqasının I təsnifat mərhələsinin oyunlarında şansları yarıbayarı qiymətləndirib.
Rumıniyalı legioner "Zirə"nin potensial rəqibi olan Curcu "Astra"sı barədə də fikirlərini bölüşüb. "İnter"ə keçənədək 2015-2016 mövsümündə "Astra"nın heyətində Rumıniya çempionluğu qazanan Skarlatake keçmiş komandasının əvvəlki kimi güclü olmadığını bildirib:
"Fikrimcə, "Zirə" ötürmələrlə oynasa, bu, "Astra" üçün çətin olacaq. Digər tərəfdən, bir çox yaxşı futbolçu bu il komandanı tərk edib. "Astra" ötənilki kimi güclü deyil. "Zirə"nin mərhələ adlamaq üçün yaxşı şansı var".