UEFA 1955-2017-ci illər arasında keçirdiyi yarışların nəticələrinə görə ən uğurlu klubların siyahısı açıqlanıb.
Newsport.az-ın məlumatına görə, Çempionlar Liqasının son qalibi Madrid “Real"ı ilk pillədə qərarlaşıb. 2-ci sırada Almaniya nəhəngi “Bavariya” , “Barselona” isə 3-cü pillədə qərarlaşıb.
Siyahıda Azərbaycan təmsilçilərindən ən yaxşı göstərici "Qarabağ"a məxsusdur. Ağdam klubu 155-ci pillədə qərarlaşıb. "Neftçi" isə 162-cidir. Digər təmsilçilərimiz - "Bakı" 260-cı, "İnter" 287-ci, "Şəmkir" 377-ci və fəaliyyətini dayandıran "Xəzər Lənkəran" 403-cü pillədə yer alıb.