"Antalyaspor"un sabiq üzvü "Zirə"də

Ölkəmizi Avropa Liqasında təmsil edəcək "Zirə" daha bir legionerlə müqavilə imzalayıb.

 

Newsport.az-ın məlumatına görə,  bir müddətdi baxışda olan kamerunlu Josep Boumla razılıq əldə olunub.

 

Üç yoxlama oyununda baxışdan keçən mərkəz müdaiəçisinin oyununu məşqçilər korpusu bəyənib. Futbolçunun adı Avropa Liqasının I təsnifat mərhələsinin iştirak ərizəsinə də salınıb.

 

27 yaşlı oyunçu ilə 1 illik rəsmi müqavilə imzalanıb. Josep Boum karyerası ərzində Türkiyənin "Mersin İdman Yurdu", "Antalyaspor", "Osmanlıspor" və "Qaziantep BB" kimi klublarında forma geyinib. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right