"Qəbələ" yenə uduzdu YENİLƏNİB

Avstriyada təlim-məşq toplanışını davam etdirən “Qəbələ” bu gün növbəti yoxlama oyununu keçirib.

 

Newsport.az-ın məlumatına görə, "qırmızı-qaralar" Bolqarıstanın “Ludoqorets” klubu ilə üz-üzə gəlib.

 

Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayıb.

 
Qeyd edək ki, "Qəbələ" bundan əvvəl yerli “Fulpmes” (8:0) və Rusiya Premyer Liqa təmsilçisi “Axmat”la (0:1) qarşılaşıb. “Qırmızı qaralar” hər matçı bir hissədən ibarət olan turnirdə Avstriyanın “Vakker” (0:1) və Bolqarıstan MOİK-i (0:2) ilə də oynayıb.

 

Yoxlama oyunu

22 iyun

 

“Qəbələ” – “Ludoqorets” - 0:2

Qollar: Joao Paulo, 37, Codi Lukoki, 73

 

“Qəbələ”: Dmitri Bezotosnı, Ürfan Abbasov, Vojislav Stankoviç, Vitali Vernidub, İlqar Qurbanov, Elvin Camalov, Qismət Alıyev, Asif Məmmədov, Elvin Məmmədov, Filip Ozobiç, Baqali Dabo 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right