Yeni prezident "İnter"in məşqini izlədi FOTO

Azərbaycanı Avropa Liqasında təmsil edəcək "İnter" sözügedən turnirin 1-ci təsnifat mərhələsində qarşılaşacağı Serbiya "Mladost"u ilə matçın hazırlığına start verib.
 
Newsport.az-ın məlumatına görə, Türkiyə toplanışını başa vurub, Bakıya qayıdan və bir neçə gün istirahət edən paytaxt klubunun üzvləri bu gün yenidən bir araya gəliblər. Zaur Svanadzenin yetirmələrinin paytaxtdakı ilk məşqi Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında baş tutub.
 
Komandanın məşqini "İnter"in yeni prezidenti Zaur Axundov da izləyib.
 
Qeyd edək ki, paytaxt klubunun "Mladost"la ilk oyunu iyunun 29-da, cavab qarşılaşması isə bir həftə sonra baş tutacaq.
 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right