Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində baş tutacaq "Zirə" - "Differdanj" matçının başlama saatı müəyyənləşib.
Newsport.az-ın məlumatına görə, iyunun 29-da "Dalğa Arena"da keçiriləcək matç Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
Qeyd edək ki, bu komandalar arasındakı cavab qarşılaşma iyulun 6-da oynanılacaq.