Ötən mövsüm fevralın 3-də baş tutan AZAL-la matçda zədələnən və əməliyyat olunan "Qarabağ"ın futbolçusu Dani Kintana dünən komandasının Avstriyada davam edən hazırlıq prosesinə qoşulub.
Newsport.az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytı xəbər yayıb.
4 aydır yaşıl meydanlardan kənarda qalan ispaniyalı yarımmüdafiəçinin yaxın günlərdə fərdi məşqlərə başlayacağı gözlənilir.