“Yuventus”un və İtaliya millisinin əfsanələrindən olan Marko Tardelli milli komandamızın yeni baş məşqçisi ola bilər.
Newsport.az-ın “Corriere dello Sport”a istinadən verdiyi məlumata görə, 60 yaşlı mütəxəssis hazırda millimizi çalışdırmağa ən real namizəddir. Onunla AFFA rəhbərliyi arasında danışıqlar aparılır.
Qeyd edək ki, Tardellinin son iş yeri İrlandiya millisi olub.