"Böyük oyun" Bakıda ola bilər

“Xəzər Lənkəran” noyabrın 24-də Lənkəranda keçirilməsi nəzərdə tutulan “Neftçi” ilə oyunun məkanını dəyişmək istəyir. Cənubtəmsilçisi Lənkəran stadionunun ot örtüyünün dəyişdirilməsi ilə əlaqədar bu qarşılaşmanın Bakıda keçirilməsi üçün “Neftçi”yə müraciət edib. Müraciətdə meydan sahibi rolunda “Neftçi”nin çıxış etməsi istənilib.

Qeyd edək ki, bu komandalar arasındakı birinci dövrədəki ilk oyunda meydan sahibi tərəf “Neftçi” olub. Əgər paytaxt təmsilçisi “Xəzər Lənkəran”ın müraciətinə müsbət cavab verərsə, bu halda növbəti oyunda da meydan sahibi olacaq.

Ona görə də Premyer Liqanın 3 və 4-cü dövrəsində bu komandalar arasındakı görüşlərdə “Neftçi” qonaq qismində çıxış edəcək və hər iki oyun Lənkəranda keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right