"Neftçi"nin legioneri "Bakı"nın futbolçusunu yumruqla vurdu

Bu gün "Bakı" və "Neftçi" komandaları arasında keçirilən yoldaşlıq görüşündə qalmaqal yaşanıb.

Newsport.az-ın məlumatına görə, matçın 41-ci dəqiqəsində "Neftçi"nin müdafiəçisi Erik Ramos "Bakı"nın futbolçusu Nurlan Novruzovu yumruqla vurub. 
 
Braziliyalı futbolçu bu hərəkətinə görə qırmızı vərəqə ilə cəzalandırılaraq meydandan qovulub.

"Neftçi"nin baş məşqçisi Arif Əsədov hadisə ilə bağlı Qol.Az-a açıqlamasında Ramosun hərəkətini pisləyib və bu hərəkətin yolverilməz olduğunu bildirib. Təcrübəli mütəxəssis "Neftçi" klubunun rəhbərliyinin futbolçunu bu hərəkətinə görə cəzalandıracağını vurğulayıb.

Qeyd edək ki, "Bakı" - "Neftçi" oyunu 4:1 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right