"Səbail"in bu mövsüm oyunların keçirilməsi üçün nəzərdə tutduğu "Bayıl Arena"da dəyişiklik edilib.
Newaport.az-ın məlumatına görə, təmirin ilk mərhələsi artıq bitib.
Stadionun istifadə müddətini bitirmiş süni örtüklü ot örtüyü FİFA-nın tələblərinə uyğun olan yenisi ilə əvəzlənib.
Arenada təmir işlərinin ikinci mərhələsi sabahdan davam edəcək. İkinci mərhələdə oyunçuların qalıb qidalanması üçün nəzərdə tutulan bazanın 3 cü mərtəbəsinin tikilməsi olacaq. Bazanın 3 cü mərtəbasinin tikilməsi Premyer Liqanın startına qədər hazır olacaq.
Qeyd edək ki, stadionun yenidən təmiri və tikilməsi "Səbail"in və AFFA-nın maliyyə dəstəyi ilə həyata keçirilir.