Azərbaycan - Norveç oyunu ukraynalı hakimə tapşırıldı

"Avro-2016"nın seçmə mərhələsində noyabrın 16-ı keçiriləcək  Azərbaycan - Norveç matçının hakimləri müəyyənləşib.

Newsport.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Bakıda oynanılacaq qarşılaşmanı ukraynalı hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Yevgeni Aranovski olacaq. Ona Aleksandr Voytyuk və Semen Şlonçak köməklik edəcəklər. Sergey Bekker isə dördüncü referi funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, Azərbaycan - Norveç oyunu noyabrın 16-ı, saat 21:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right