Premyer Liqamızda yaranan fasilədən istifadə edən "Neftçi" bu gün yoxlama oyununda qüvvəsini sınayacaq.
Newsport.az-ın məlumatına görə, Arif Əsədovun komandası "Bakı" ilə qarşılaşacaq. "Bakı"nın təlim-məşq bazasının stadionunda keçiriləəck matç saat 14:00-da başlayacaq.
Qeyd edək ki, "Neftçi" hazırda ölkə çempionatının turnir cədvəlində 20 xalla ikinci, "Bakı" isə 11 xalla 8-ci pillədədir.
13 noyabr
Yoldaşlıq oyunu
14:00. "Bakı" - "Neftçi" - 4:1
Qollar: Nuran Qurbanov, 13 (1:0), Ruslan Qurbanov, 38 (1:1), Jaba, 45 (2:1), Raul Yaqubzadə, 59 (3:1), Valeh Seyidov, 87 (4:1)
"Bakı"nın təlim-məşq bazasının stadionu