"Neftçi" sabiq futbolçusuyla anlaşdı

"Neftçi"nin qapıçılar üzrə məşqçisi Dmitri Kramarenko komandadan ayrılıb.

Newsport.az-ın məlumatına görə, artıq yeni qapıçı məşqçisi məlum olub. Komandaya Rauf Salamov gətirilib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

49 yaşlı məşqçi 1994-1996, 1998-1999-cu illərdə "Neftçi”də çıxış edib. Salamov bu müddət ərzində ölkə çempionatının (1996), kubokunun (1995, 1996) və Superkubokunun (1995) qalibi olub.

Mütəxəssisin son iş yeri AZAL olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right