Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək "Qarabağ" bu gün yoxlama görüşü keçirəcək.
Newsport.az-ın məlumatına görə, Ağdam klubu həvəskarlar liqasında çıxış edən "Bakı" ilə qarşılaşacaq. “Azərsun Arena”da keçiriləcək matç saat 17:30-da başlayacaq.
Qeyd edək ki, "Qarabağ"la "Bakı" sonuncu dəfə 2015-ci ildə qarşılaşıb. Həmin il Premyer Liqanı tərk edən paytaxt klubu 2015/2016 mövsümündə I divizionda mübarizə aparıb. İkiqat Azərbaycan çempionu hazırda həvəskarlar liqasında çıxış edir.
14 iyun
17:30. "Qarabağ" - "Bakı" - 9:0
Qollar: Dino Ndlovu, (5 qol), Mahir Mədətov, (2 qol), İbrahim Aslanlı, Nicat Süleymanov (hərəyə 1 qol)
"Azərsun Arena"