Estoniya ilə görüş Azərbaycanla oyun öncəsi bizim üçün yaxşı hazırlıq oldu. Çoxlu səhv etdiyimizə görə məğlub olduq. Azərbaycanla qarşılaşmada fərqli oynamalıyıq. Əgər eyni səhvləri Azərbaycanla səfər matçında etsək, Bakıdan xalsız qayıdacağıq".
Bu sözləri Norveç millisinin futbolçusu Oryan Niland Estoniya millisinə 0:1 hesabı ilə uduzduqları yoldaşlıq oyunundan sonra deyib.
O, "Avro-2016"nın seçmə mərhələsində millimizə qarşı oyunda qələbə qazanmağa çalışacaqlarını bildirib.
Qeyd edək ki, Azərbaycan – Norveç oyunu noyabrın 16-ı, saat 21:00-da başlayacaq. Qarşılaşma 8-ci km qəsəbə stadionunda keçiriləcək.