Bir müddət əvvəl mediada "Qəbələ"nin üzvü Filip Ozobiçin karyerasını "Qarabağ"da davam etdirəcəyi ilə bağlı xəbərlər yayılmışdı.
Newsport.az-a açıqlama verən xorvatiyalı yarımmüdafiəçi yayılan şayələri təkzib edib.
O, "Qırmızı-qaralar"da xoşbəxt olduğunu bildirib:
"Qəbələ" ilə müqaviləm var. Hər şey qaydasındadır.Yayılan məlumatlar haqda heçnə deyə bilmərəm. "Qəbələ"də özümü xoşbəxt hiss edirəm".
İlkin Sultanlı