"Səbail" növbəti mövsüm üçün daha 3 transferini rəsmiləşdirib.
Newsport.az-ın klubun rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, yarımmüdafiəçilər Yamin Ağakərimzadə və Aqşin Muxtaroğlu ilə 1, gücumçu Raul Yaqubzadə ilə isə 2 illik müqavilə imzalanıb.
Son olaraq "Zirə"nin formasını geyən 25 yaşlı Ağakərimzadə bundan əvvəl "Rəvan"da da oynayıb. Muxtaroğlunun son klubu "Turan Tovuz" olub. U-17 millimizdə də çıxış etmiş 25 yaşlı yarımmüdafiəçi "Sumqayıt"da da oynayıb.
Ötən mövsüm "Zaqatala"da çıxış edən 23 yaşlı Yaqubzadə "Bakı"nın yetirməsidi.