Premyer Liqamızda yaranan fasilədən istifadə edən "Xəzər Lənkəran" bu gün yoxlama oyununda qüvvəsini sınayacaq.
Newsport.az-ın məlumatına görə, cənub təmsilçisnin rəqibi AZAL olacaq.
"AZAL Arena"da keçirilən oyun saat 16:00-da başlayıb.
Qeyd edək ki, "Xəzər Lənkəran" 17 xalla turnir cədvəlinin 5-ci, AZAL isə 10 xalla 9-cu pilləsində qərarlaşıb.
12 noyabr
Yoxlama oyunu
16:00. AZAL - "Xəzər Lənkəran" - 1:1
Qollar: Freddi, 5 (1:0), Fernandinyo, 52 (1:1)