Azərbaycan milli komandasının Avro-2016-nın seçmə mərhələsində çıxışıyla əlaqədar Premyer Liqada yaranan fasilədən istifadə edən "İnter" komandası hazırlıqlarını davam etdirir.
"İnter Arena" stadionunda bu gün məşqə çıxan komanda üzvləri isinmə hərəkətlərindən sonra müxtəlif tapşırıqlar üzərində çalışdılar.
Xatırladaq ki, noyabrın 13-də komanda Zaqatalanın "Simurq" klubuyla qarşılaşacaq. Yoxlama matçı "İnter Arena" stadionunda baş tutacaq. Qarşılaşma saat 17.00-da başlayacaq.
Qeyd edək ki, zədə üzündən bir müddət meydançadan uzaq qalmış Baçana Tsxadadze də artıq Bakıdadır və gürcüstanlı hücumçu dünəndən etibarən fərdi məşq edir.