2014-cü ilin ən yaxşı futbolçusunu müəyyənləşdirmək üçün FIFA tərəfindən keçirilən sorğuda Azərbaycanı millini müvəqqəti baş məşqçi qismində Mahmud Qurbanov təmsil edib.
Newsport.az-ın məlumatına görə, Mahmud Qurbanov "Qızıl top"a namizəd saydığı 3 oyunçunun adını artıq müəyyənləşdirib. Mahmud müəllimlə yanaşı, millimizin kapitanı Rəşad Sadıqov da seçimini edib.
FIFA dünyanın ən yaxşı futbolçusu adına namizədlərin siyahısını oktyabrın 27-də açıqlayıb. "Qızıl top"un sahibi ali futbol qurumuna üzv ölkələrin milli komandalarının baş məşqçi və kapitanları, eləcə də jurnalistləri arasında sorğu nəticəsində müəyyənləşir. Azərbaycanı jurnalist qismində "Futbol dünyası" qəzetinin əməkdaşı Rasim Mövsümov təmsil edib. Qalib futbolçunun adı 2015-ci il yanvarın 12-də açıqlanacaq.