“Qəbələ”dən növbəti transfer

Azərbaycan milli komandasının üzvü Aqil Məmmədovun yeni klubu müəyyənləşib. “Səbail”ə keçəcəyi gözlənilən futbolçu son anda “Qəbələ” ilə müqavilə imzalayıb.

Bu barədə Newsport.az saytına Aqilin özü məlumat verib: “Qəbələ” ilə müqavilə imzaladım. Samir Əliyevlə “Səbail”ə keçmək barədə danışmışdıq. “Qəbələ”dən təklif gələndə Samir müəllimlə danışdım, məsələni yoluna qoyduq və “Qəbələ” ilə bir illik müqavilə imzaladım”.

Qeyd edək ki, Aqil Məmmədovun sonuncu klubu AZAL olub

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right