"Qarabağ" UEFA reytinqində 2014/2015-ci mövsümünün göstəricilərinə görə 239 komandanın yer aldığı reytinq cədvəlində 61-ci pillədədir.
Newsport.az-ın məlumatına görə, Avropa Liqasının qrup mərhələsində mübarizə aparan Ağdam klubu "Real Sosyedad", "Lion", PSV kimi Avropanın məşhur klublarını qabağlayır.
UEFA-nın ümumi reytinq cədvəlində isə "Qarabağ" 454 komandanın yer aldığı reytinq cədvəlində 164-cü pillədə qərarlaşıb.