Azərbaycan millisi dünyada 11-cidir

FIFA futzal üzrə yığma komandaların yeni reytinq cədvəlini açıqlayıb.

Newsport.az-ın məlumatına görə, millimiz yeni siyahıda 11-ci yerdə qərarlaşıb.

Komandamızın hesabında 1391 reytinq xalı var. Avropa çempionatının seçmə mərhələsindəki rəqiblərimiz olan Ukrayna 8-ci (1472), Belçika 28-cidi (1197).

Yığmamızın potensial rəqiblərinə gəlincə, Yunanıstan 52-ci (932), Danimarka 60-cı (883), Bolqarıstan 79-cu (750) olub. Cəbəllürariq isə ilk yüzlükdən kənarda qalıb (593).





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right