Folprext: "Neftçi" transferlərə böyük pullar xərcləmək niyyətində deyil"

Çexiyalı futbolçu Zdenek Folprext ölkəsinin mətbuatına müsahibə verib.
 
Newsport.az-ın məlumatına görə, təcrübəli oyunçu "Neftçi"nin düşərgəsinə qayıdıb-qayıtmayacağının dəqiqləşmədiyini deyib:
 
"Neftçi” məşqçi ilə yeni müqavilə imzaladı. Bakını tərk etməzdən əvvəl onunla söhbətimiz oldu. Mənim qalmağımı istədiyini bildirdi. Amma bunun üçün “Slovan”la danışıqlar aparmalıdırlar. Onlar müqaviləsi olan futbolçunu almaq istəmirlər. "Neftçi" transferlərə böyük pullar xərcləmək fikrində deyil, ancaq azad agentləri havayı əldə etməyə çalışır. Hazırda gözləmə mövqeyindəyəm. Danışıqlar müsbət yekunlaşsa, "Neftçi"yə qayıdacam”.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right