Millimiz qələbə qazandı

"Avro-2016"nın seçmə mərhələsində evdə Norveçlə qarşılaşacaq Azərbaycan milli komandasının təlim-məşq toplanışı davam edir.

Newsport.az-ın məlumatına görə, yığmamız toplanış çərçivəsində bu gün yoxlama matçında qüvvəsini sınayıb.

Mahmud Qurbanovun rəhbərlik etdiyi komanda 21 yaşadək futbolçulardan ibarət millimizlə qarşılaşıb. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda baş tutan görüşdə əsas millimiz qələbə qazanıb - 4:2. 

Qeyd edək ki, noyabrın 16-da 8-ci km qəsəbə stadionunda keçiriləcək Azərbaycan - Norveç oyunu saat 21:00-da başlayacaq.

 

9 noyabr

Yoxlama oyunu

Azərbaycan - Azərbaycan U-21​ - 4:2
Qollar:
 Mahir Şükürov, 24-pen (1:0), Namiq Ələsgərov, 29 (1:1), Rauf Əliyev, 38 (2:1), Araz Abdullayev, 51 (3:1), Namiq Ələsgərov, 60-pen (3:2), Məhəmməd Qurbanov, 87 (4:2)  
Bakı. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right