"Zirə"dən ayrılan gənc hücumçu Nurlan Novruzovun Premyer Liqanın debütantı "Səbail"lə birillik müqavilə imzaladığı haqda mətbuatda xəbərlər yayılıb.
Newsport.az-ın məlumatına görə, Novruzov bu iddiaya açıqlamasında aydınlıq gətirib:
"Hələ ki istirahət edirəm. Düzdür, bir neçə komandadan təkliflər var, ad açıqlamağım düzgün çıxmaz. Hələlik heç bir klubla rəsmi müqavilə imzalamamışam. Bir neçə gün ərzində hər şey məlum olacaq".
sportal.az