"Neftçi" növbəti tura itkiylə çıxacaq

Premyer Liqanın növbəti turuna hazırlaşan "Neftçi" məşqlərini davam etdirir.

Newsport.az-ın məlumatına görə, paytaxt klubu bu gün klubun bazasındakı meydançada məşq keçib.

"Flaqman" XII turda "Simurq"la qarşılaşmaya itkiylə çıxmalı olacaq. Belə ki, komandanın aparıcı üzvü Julius Vobay Zaqatala təmsilçisiylə matçda "ağ-qaralar"a kömək edə bilməyəcək. 

Buna səbəb onun Syerra-Leone yığmasının heyətində olmasıdı. Ayın 19-da Konqoyla görüşəcək Vobay, bundan 1 gün sonra Bakıya qayıdacaq. Həmin gün isə "Neftçi" səfərdə "Simurq"la üz-üzə gələcək. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right