Səhhəti ilə bağlı ABŞ-a yolanmış Hafiz Məmmədov Azərbaycana bu gün qayıtmalıdı. «Lans» və «Bakı»nın sahibi okeanın o tayında ayağından müalicə olunurdu.
Newsport.az-ın məlumatına görə, Bununla əlaqədar futboldakı işlərinə bir qədər ara vermiş iş adamı 2 gündən sonra həmişəki rejiminə dönəcək. Tanınmış neft maqnatı noyabrın 10-da «Bakı»nın maliyyə sənədlərinə qol çəkəcək, ertəsi gündən etibarən aylıq borcların qaytarılmasına başlanacaq. 5 gün içində 8 ayın maaşı bağlanmalıdı. Hazırda paytaxt klubunda bu məbləğ 7 milyon dollar təşkil edir.
«Lans»a gəlincə, H.Məmədov söz verib ki, 2,5 milyon avronu noyabrın 17-20-si aralığında fransızların hesabına köçürəcək. Jerve Martellə Parisdə görüşəcəyi gözlənilən ünlü iş adamı Liqa 1 iştirakçısının yeni ildən sonrakı planları ilə artıq tanışdı. O, komandanın qarşısına elitada qalmaq vəzifəsi qoyub. «Lans»ın prezidenti onu əmin edib ki, əgər maliyyə təminata qaydasına düşsə, Liqa 2-yə yuvarlanmayacaqlar.