Alfred Sanko "İnter"lə oyunda iştirak etməyəcək

"Xəzər Lənkəran" Premyer Liqanın növbəti turunda "İnter"lə üz-üzə gələcək.

Newsport.az-ın məlumatına görə, Cənub təmsilçisi paytaxt klubuyla matçda Alfred Sankonun xidmətindən yararlana bilməyəcək.

Buna səbəb futbolçunun Syerre-Leone millisinin heyətində olmasıdı. Sanko "İnter"lə oyundan 1 gün əvvəl yığmanın heyətində Konqo seçməsiylə görüşəcək. Məhz bu üzdən onun "bankirlər"lə oyunu buraxacağı dəqiqləşib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right