Qəhrəman Əliyevin yeni iş yeri məlum oldu

Novruz Əzimovun “Neftçi”nin məşqçilər korpusunda yer almasından sonra həvəskar liqada çıxış edən “Bakı” klubunun yeni baş məşqçisi məlum olub.

Newsport.az-ın məlumatına görə, paytaxt klubu postu tanınmış mütəxəssis Qəhrəman Əliyevə tapşırıb.

Qeyd edək ki, Qəhrəman Əliyev “Bakı” üçün çox tanış məşqçidir. Azərbaycan çempionatları tarixinin ən çox oyun keçirən baş məşqçisi “Bakı”nın həm əvəzedici heyətində, həm də əsas komandasında çalışıb.

Onun sonuncu iş yeri I Divizionda mübarizə aparan “Şəmkir” olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right