"Neftçi" usaq məşqçiləri üçün növbəti seminar keçirib

“Bayıl Arena”da “Neftçi” PFK-nın Uşaq və gənclər futbol bölməsinin məşqçilərinin növbəti seminarı keçirilib.

Newsport.az-ın məlumatına görə, seminara “Neftçi” PFK-nın Uşaq və gənclər futbol bölməsinin koordinatoru Asif Əliyev, AFFA tərəfindən klubumuzun Uşaq və gənclər futbol bölməsinin texniki direktoru vəzifəsinə təyin olunmuş Yan Versleyen və seleksiyaçı-məşqçi Səmədağa Şıxlarov rəhbərlik edib.

Hollandiyalı mütəxəssis mütəmadi olaraq hər həftənin cümə günləri  məşqçilərlə görüşür. Görüşdə baş tutmuş oyunlar müzakirə edilir, texniki nəzəri məsələlərə diqqət yetirilir və məşqçilərə oyunlarla bağlı tövsiyələr verilir.


neftchipfk.com





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right