"Qəbələ"də yeni müqavilə

“Qəbələ” müdafiəçisi Vitali Vernidubla müqavilə müddətini uzadıb.

Newsport.az-ın məlumatına görə, ukraynalı futbolçu ilə yeni anlaşma daha bir il müddətinə nəzərdə tutulub. Əvvəlki müqaviləsi 2016-2017-ci illər mövsümünün sonunda başa çatan 30 yaşlı futbolçu daha bir il “qırmızı-qara” formanı geyinəcək. 

Xatırladaq ki, 2015-ci ilin iyunundan “Qəbələ”nin şərəfini qoruyan Vernidub Premyer Liqanın 2015-2016 mövsümündə bürünc, 2016-2017 mövsümündə isə gümüş mükafatını qazanıb. O, “qırmızı-qaralar”ın heyətində keçirdiyi 53 matçda 3 qol vurub. Ukraynalı müdafiəçi Premyer Liqada 25 oyunda 2, Avropa Liqasında 22 qarşılaşmada 1 dəfə fərqlənib, Azərbaycan kubokunda 6 matç keçirib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right