"Xəzər Lənkəran" Bakıda hazırlaşacaq

Çempionatda yaranmış fasilə müddətində "Xəzər Lənkəran" paytaxtda toplanış keçirəcək.

Newsport.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, baş məşqçi Oğuz Çetin bir neçə əvəzedici heyət üzvü də daxil olmaqla, sərəncamında olan futbolçularla öncədən tərtib olunmuş plan üzrə çalışacaq.
 
Qeyd edək ki, hal-hazırda komandanın bir sıra futbolçusu milli komandaların düşərgəsindədir. Rahid Əmirquliyev, Rauf Əliyev və Rasim Ramaldanov  milli komanda, Elnur Cəfərov və İlyas Səfərzadə U-19 milli komandası, Alfred Sanko isə Syerra Leone yığması ilə qarşıdakı rəsmi görüşlərə hazırlaşır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right