"Avro-2016"nın seçmə mərhələsində milli komandaların oyunu ilə əlaqədar Azərbaycan Premyer Liqasında yaranmış fasilədən maksimum istifadə edən “Neftçi” klubu məşqlərini davam etdirir.
Newsport.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda hazırlıq çərçivəsində yoxlama oyunu keçirəcək.
"Ağ qaralar" “Bakı” klubu ilə qarşılaşacaq. “Bakı”nın təlim-məşq bazasının stadionunda təşkil olunacaq oyun noyabrın 13-də, saat 14:00-da başlayacaq.