Elxan Məmmədov: “…AZAL dağılmayacaq”

 “Əslində, böyük bir bayram oldu. Naxçıvanda bu gün futbol bayramı idi. Təbii ki, Naxçıvanda belə bir oyunun keçirildiyi üçün şad olduq”.  

Newsport.az-ın məlumatına görə, bu sözlər AFFA-nın baş katibi Elxan Məmmədova məxsusdur.

“Qarabağ” və “Qəbələ” komandaları arasında Naxçıvanda baş tutan ölkə kubokunun final matçını izləyən Məmmədov oyundan sonra əməkdaşımızın suallarını cavablandırıb.  O, matç haqda bu fikirləri deyib: “Oyuna gəlincə, maraqlı matç alındı. İlk hissədə komandalar bir-birini yoxladılar, səbr etdilər. İkinci hissədə müəyyən qədər oyun açıldı və qollar gördük. Amma “Qəbələ” oyuna qayıda bilmədi. Təbii ki, imkkanları olsa da, “Qarabağ”ın qapıçısı yaxşı çıxış etdi. Sonda güclü qalib gəldi. Əlbəttə, “Qəbələ” qol vursaydı, oyun daha da gərginləşəcəkdi. Əsas odur ki, stadion dolu idi. Fikirləşirəm ki, azarkeşlər Azərbaycanın iki ən güclü komandasını gördükləri üçün şad oldular”.

Qurum rəsmisi bildirib ki, Naxçıvan  şəhər stadionun ot örtüyü normal vəziyyətdədir: “Məncə, ot örtüyünün keyfiyyəti yaxşı idi, elə də problem olmadı. Bu məsələ ilə bağlı hər bir komandanın üzvləri və baş məşqçiləri ilə danışmışdıq”.

Elxan Məmmədov AZAL-ın fəaliyyətini dayandırmasından söz açıb: “İnanmıram ki, AZAL dağılacaq. Komanda Premyer Liqada çıxış etməyəcək. İnanıram ki, AZAL I divizionda mübarizəni davam etdirəcək”.

Futbol11.az





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right